BAĞANI YA ARXASI ÜSTƏ ÇEVİR, YA ÖLDÜR
BAĞIRSAĞINI AYAĞINA DOLAŞDIRMAQ
OBASTAN VİKİ
Bağayarpağı
HTTPS Bağayarpağı (lat. Plantago) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.Bu çox şeyə xeyirli olur. Bütün Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. Azərbaycanda 14 növü yayılmışdır, bunlardan təbiətdə ən çox böyük bağayarpağından istifadə olunur. Bağayarpağı adi alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, qısa vertikal və çoxsaylı sapabənzər lifli kökləri vardır. Gövdə 15–45 sm olub, nazik şırımlı, hamar və dairəvi çiçəklərə malikdir. Yarpaqları dairəvi və ya ellipsəbənzər, bütövkənarlı və ya azdişcikli olub, qanadlıdır. Sünbül çiçəklərinin uzunluğu 5–37 sm- dir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Böyük bağayarpağı
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. == Yayılması == Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir == Sinonimləri == Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Hind bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Lansetli bağayarpağı
Neştəryarpaq bağayarpağı (lat. Plantago lanceolata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm, gövdəsi üzərində çiçək olub, çoxsaylı, əyilib qalxan və ya düz, 5-6 sayda və ya daha çox qırışlı, sıx tüklü və ya çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları kökətrafı rozetdə yerləşmiş, uzanmış lansetvari olub, xətvari lansetə qədər (bəzən enli lansetvari) dəyişir, sivridir, qaidəsinə doğru daralmışdır. 3-7 ədəd damarlıdır. Sünbül qısa silindrik olub, uzunsov və ya yumurtaşəkillidir. Çiçəkaltlıqları yumurtaşəkilli, sivriləşmiş, çılpaq və ya seyrəktüklüdür,dəriyəoxşardır, orta xətti qəhvəyi rəngdədir.Tacın uzunluğu 2-3 mm-dir, çılpaqdır, ağımtıl və ya qəhvəyi rəngdədir, yumurtaşəkilli-lansetvari və ya bəzən təpə hissədə sivriləşmiş hissələrlədir. Qutucuğun uzunluğu 3-4 mm-dir, yumurtaşəkillidir, ikitoxumludur. Toxumlarının uzunluğu 2 mm-ə qədərdir, demək olar ki, qaramtıldır, qarın tərəfdən çökək olub, kənarları qatlanmışdır. May-avqust aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.
Nəştəryarpaq bağayarpağı
Neştəryarpaq bağayarpağı (lat. Plantago lanceolata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-60 sm, gövdəsi üzərində çiçək olub, çoxsaylı, əyilib qalxan və ya düz, 5-6 sayda və ya daha çox qırışlı, sıx tüklü və ya çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları kökətrafı rozetdə yerləşmiş, uzanmış lansetvari olub, xətvari lansetə qədər (bəzən enli lansetvari) dəyişir, sivridir, qaidəsinə doğru daralmışdır. 3-7 ədəd damarlıdır. Sünbül qısa silindrik olub, uzunsov və ya yumurtaşəkillidir. Çiçəkaltlıqları yumurtaşəkilli, sivriləşmiş, çılpaq və ya seyrəktüklüdür,dəriyəoxşardır, orta xətti qəhvəyi rəngdədir.Tacın uzunluğu 2-3 mm-dir, çılpaqdır, ağımtıl və ya qəhvəyi rəngdədir, yumurtaşəkilli-lansetvari və ya bəzən təpə hissədə sivriləşmiş hissələrlədir. Qutucuğun uzunluğu 3-4 mm-dir, yumurtaşəkillidir, ikitoxumludur. Toxumlarının uzunluğu 2 mm-ə qədərdir, demək olar ki, qaramtıldır, qarın tərəfdən çökək olub, kənarları qatlanmışdır. May-avqust aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir.
Ortaboy bağayarpağı
Ortaboy bağayarpağı (lat. Plantago media) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Cəlal ilə Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. == Mövzu == 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Palitra ilə avtoportret
Palitra ilə avtoportret (fr. Portrait de soi avec la Palette) — Fransız boyakarı Pol Sezannın məşhur avtoportretlərindən biridir. Əsər İsveçrənin Sürix şəhərində yerləşən E.G.Bührle fonduda saxlanılır.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. == Terminologiya == Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. == Tarix == === Xitaylar === Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. == Tarixi == Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Xanım sincab ilə
"Xanım gəlincik ilə" (it. Dama con l'ermellino) — Leonardo da Vinçinin portretlərindən biri. Tədqiqatçıların çoxunun fikrincə bu portretdə Sisilya Qallerani – İl Moro adı ilə tanınan Milan hersoqu Lüdoviko Sforsun sevgilisi təsvir olunub və bu da əsərin mürəkkəb simvolikasında öz təsdiqini tapır. Bu rəsm əsəri "Mona Liza", "Cinevra de Bençinin portreti" və "Gözəl Ferronyera" ilə yanaşı Leonardoya məxsus dörd qadın portretindən biridir. == Portretin ehtimal edilən modeli == Ənənəvi olaraq hesab edilir ki, portretin modeli Milan hersoqunun məşuqəsi Sisilya Qalleranidir. Əvvəllər belə bir ehtimal mövcud idi ki, həmin qadın Leonardonun başqa bir portretində — "Gözəl Ferronyera" əsərində də təsvir olunmuşdur. Lakin hazırda, "Gözəl Ferronyera"dakı modelin, uzun müddət hersoqun məşuqəsi olmuş Lukresiya Krivelli olduğu güman edilir. Bu portretin Qalleraninin təsviri ilə identifikasiyası ən yeni dövrə aiddir. Hələ 1877-ci ildə Leonardo yaradıcılığının tədqiqatçıları yazırdılar: == Yaradılması tarixi və vaxtı == Ehtimal edilir ki, Milan sarayında işləyən Leonardo, portreti Sisilya hersoqun sevgilisi olanda, yəni 1489–1490-cı illərdən başlayaraq işləmişdir. Ədəbiyyatda bir qayda olaraq portretdə 17 yaşlı Sisilyanın təsvir edildiyi göstərilsə də, bu sübut edilməmişdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. == İşləmə prinsipi == Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Penisin əl ilə stimullaşdırılması
Penisin əl ilə stimullaşdırılması və ya Hənd cob (ing. Hand Job) — kişinin cinsiyyət orqanının kişi və ya qadın cinsi partnyoru tərəfindən adətən orqazm və boşalma nöqtəsinə qədər əl ilə stimullaşdırılmasıdır. Masturbasiyadan fərqli olaraq, qadının vaginasının, klitorunun və ya vulvasının əl ilə stimullaşdırılmasına barmaqlama deyilərkən, partnyorlar tərəfindən eyni vaxtda tətbiq edilən əl ilə stimullaşdırılmaya isə müştərək masturbasiya deyilir. Müştərək masturbasiya zamanı kişi qadının vaginasını barmaqlayıb, yaxud da klitorisi ilə oynayarkən, qadında öz növbəsində kişinin cinsiyyət orqanı və ya xayaları ilə oynayır. Fahişəliyin qeyri-qanuni olduğu yerlərdə cinsi xidmətlər təklif edən masaj salonları müştərilərinə penisin əl ilə stimullaşdırılmasını təklif edə bilərlər, həm də qanun çərçivəsində qalaraq, qanundan kənara çıxmazlar. Masaj salonlarındakı deyiliş ilə, masajçı tərəfindən; masajın bir hissəsi kimi və ya ondan sonra həyata keçirilən penisin əl ilə stimullaşdırılmasına “xoşbəxt sonluq” deyilir. 1975-ci ildə A.J. Velarde tərəfindən həyata keçirilmiş olan tədqiqata görə, ABŞ-nin Sakit okean sahilində yerləşən adı açıqlanmayan bir şəhərdə, “penisin əl ilə stimullaşdırılması” masajçıların məşğulluq şərti olaraq təklif etdiyi xidmətlərdən biridir.
Persey Meduzanın başı ilə
Persey Meduzanın başı ilə (it. Perseo con la testa di Medusa) — Benvenuto Çellini tərəfindən 1545-1554-cü illərdə hazırlanmış tunc heykəldir. Heykəl Florensiyanın Sinyoriya meydanındakı Locciya deyi Lanzidə daş pyedestal üzərində ucaldılmışdır. Pyedestal predella kimi Persey və Andromedanın hekayəsinin təsvir edildiyi tunc relyef panelləri ilə bəzədilmişdir. İkinci Florensiya hersoqu I Kozimo de Mediçi əsəri pyaççadakı digər heykəllərlə və xüsusi siyası baxışlarla əlaqədar olduğuna görə sifariş etmişdi. 27 aprel 1554-cü ildə heykəl ucaldıldığı zaman meydanı artıq Mikelancelonun “David”i, Bandinellinin “Herakl və Kakus”u və Donatellonun “Yudif və Holofernes”i bəzəyirdi. Heykəlin mövzusu saçları ilana çevrilmiş qadın üzlü Qorqona olan Meduzanı öldürmüş Perseyə həsr edilmişdir; Meduzaya baxan hər kəs daşa çevrilirdi. Çiynindən atılmış kəmənd və ayağındakı qanadlı səndəllər xaric Perseyin üzərində heç bir geyim yoxdur. Meduzanın cansız cəsədi üzərində durmuş qəhrəman, sol əlində onun kəsilmiş başını qaldırır. Meduzanın boğazından qan fışqırır.
Qum şırnağı ilə emal
Qum şırnağı ilə emal dedikdə materialın və ya pəstahın səthinin pardaqlama vasitəsi kimi qumdan istifadə etməklə paslanma, çirk, rəng və digər qalıq materiallardan təmizlənməsi başa düşülür. Güclü kompressor vasitəsilə yaradılan hava axını pardaqlayıcı materialı (qum, bəzi hallarda şüşüə qranulatı, korund, süni material qranulatı və ya soda) çəndən götürür. Beləliklə yaradılmış pardaqlayıcı material-hava qarışığı xüsusi şlanq-ucluq sisteminin tətbiqi ilə yüksək təzyiq altında emal edilən səthə vurulur. Pardaqalyıcı materialın abraziv təsiri hissənin səthində hissəciklər qopardılır və kənarlaşdırılır. Qum şırnağı ilə emal həm tikintidə, həm də metal emalında tətbiq olunur. Tiklilərdə köhnəlmiş üz qatlarını çıxarmaqla bərabər bu üsulla metalların səthində qalmış rəng qalıqlarını təmizləmək, həmçinin süni materialların (məsələn: diş protezləri) səthinin təmizlənməsi mümkündür. Təmizləmə prosesi açıqlıqda, kabinlərdə, əl və ya avtomatik aparıla bilir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Qəhrəmanların İzi ilə (1975)
== Məzmun == Filmin qəhrəmanlarının izləri Kerç yarımadasına, yeraltı daş karxanalarına gedib çıxır. Burada hər bir daş o dövrün ağır günlərinin, faciələrin, fəlakətlərin şahididir. İndiyə qədər bu yerlərdə əsgər dəftərləri, papaqları, silahları tapılıb üzə çıxarılır. 1942-ci il mayın 1-də daş karxanasının dərinliyində yeraltı qarnizon təşkil olunmuşdu. Həmin qarnizonda çoxlu azərbaycanlı var idi. Qarnizon faşist ordusu ilə mühasirəyə alınmışdı. Əsgərlər faşist cəlladlarına uzun müddət müqavimət göstərmişlər. Biz bu faciənin bircə şahidini belə görə bilməsək də(onların heç biri sağ qalmayıb), gözlərimiz önündə igid, cəsur, fədakar əsgərlərimizin obrazları canlanır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rəfael Faybisoviç Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Səadət Yolu ilə (1956)
== Məzmun == Tammetrajlı sənədli film Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində qazandığı nailiyyətlərlə, qabaqcıl əmək adamları, elm və mədəniyyət xadimləri ilə, bərəkətli Azərbaycan torpağının nemətləri ilə bizi tanış edir. Ekranda ucu-bucağı görünməyən gözəl dağ çəmənlikləri, "ağ qızıl"-pambıq tarlaları, üzüm bağları, ətirli çay və tütün plantasiyaları bir-birini əvəz edir. Heyvandarlıq və quşçuluq fermaları, yun, barama, meyvə bağları-bütün bunlar zəhmət adamlarının əməyi ilə hasil edilmişdir. Biz həmin zəhmət adamları-Bəsti Bağırova, Şamama Həsənova, Sürəyya Kərimova, Məleykə Quliyeva, Qızqayıt Həsənova, Gilas Verdiyeva, Zərqələm Hacıyeva və onların briqadaları ilə tanış oluruq. Filmdə 148 yaşlı Mahmud Eyvazovu, məşhur müğənnilərimizdən Bülbül, Rəşid Behbudovu, Gülağa Məmmədovu, neftçi Gülbala Əliyevi və Mingəçevir SES-in mühəndisi Sarvan Salmanovu görürük. Xalqlar dostluğu mövzusu filmdə əsas yeri tutur. == Festivallar və mükafatlar == 1) 1956-cı ildə Rejissor Muxtar Dadaşov filmə görə ÜİKTS-in Qızıl medalına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: M.Musayev, Muxtar Dadaşov Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Vladimir Zbudski Bəstəkar: Zakir Bağırov Səs operatoru: Əziz Şeyxov Mahnıların mətni: Zeynal Cabbarzadə == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Tutuquşu ilə qadın (Kurbe)
“Tutuquşu ilə qadın” (fr. La Femme au perroquet, ing. Woman with a Parrot) — 1866 cı ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə nü üslubunda çəkmiş olduğu rəsm əsəri. Metropoliten muzeyində sərgilənən bu tablonun ölçüləri 129,5 × 195,6 sm-dir.. == Tarixi == 1863 cü ildə Paris Salonunda sərgilənən Aleksandr Kabanelin “Veneranın doğulması” əsərindən ilhamlanan Qüstav Kurbe onu təkrarlamaq qərarına gəlir.. 1864 cü ildə bu məqsədlə təqdim etdiyi “Venera və Psixeya” tablosu jüri tərəfindən qəbul edilmir. Yalnız iki il sonra “Tutuquşu ilə qadın” əsərini təqdir və münsiflər heyətinin ciddi seçimindən sonra 1866 cı ildə Paris Salonunda sərgilənənmək üçün vəsiqə alır. == Süjeti == Tabloda çarpayıda arxası üstə uzanmış, kürən saçları yatağa səpələnmiş çılpaq qadın təsvir edilmişdir. Onun yuxarı qaldırmış olduğu sol əli üzərində hər iki qanadları açıq şəkildə bəzəkli tutuquşu oturmuşdur. Sağ tərəfdə küncdə tutuquşuya məxsus dirək təsvir edilmişdir.
Çarvadarların İzi İlə (1974)
== Məzmun == Filmin qəhrəmanları ulu babalarının açdıqları cığırlarla, saldıqları izlərlə gedərək yollar çəkən xeyirxah peşə sahibləri-inşaatçılardır. Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin sınağından məharətlə çıxan, uzaq-uzaq əsrlərdən xəbər verən zəngin tarixi abidələrimizi üzə çıxarmaq, onları qorumaq, mühafizə etməkdir. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Kinopovest dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin motivləri üzrə çəkilmişdir. Lahıcda maşın yolu olmadığı üçün minik vasitəsi olaraq atdan istifadə olunur. Atı idarə edənlərə də çarvadar deyilir. Filmin adı da elə buradan gəlib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Əli Qafarov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: Əsəd Əsədov === Rollarda === Şəfiqə Məmmədova — Səriyyə Muxtar Maniyev — Həsən Həsənağa Turabov — Adil Məmmədrza Şeyxzamanov — Əli kişi Leyla Bədirbəyli — Məfruzə Sadıq Hüseynov — Mahmud kişi Səməndər Rzayev — Səməndər Əbdül Mahmudov — Qərib Sədaqət Dadaşova — Əminə Vəfa İsmayılova — Mələknisə == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ölüm hökmü ilə Disneylend
"Ölüm hökmü ilə Disneylend" (ing. Disneyland with the Death Penalty) — amerikalı yazıçı Uilyam Gibsonun jurnalistikada ilk mükəmməl işi olan Sinqapur haqqında yazılmış məqalə. 1993-cü ilin sentyabr–oktyabr ayları üçün "Wired" jurnalında sayda bir məqalə şəklində nəşr edilmişdir. Məqalədə yazıçının Sinqapurun memarlığı, fenomenologiyası və mədəniyyəti ilə bağlı fikirləri təqdim olunur. Gibsonun Sinqapurda olduğu müddətdə müəllif təmiz, cansıxıcı və uyğun bir şəhərlə heyran qaldı. Məqalənin adı və onun əsas metaforası — "Ölüm cəzası ilə Disneylend" – müəllifin Sinqapurun avtoritar bir dövlət kimi görünməsinə istinad edir. Gibsonun sözlərinə görə, Sinqapurda yaradıcılıq və orijinallıq ruhu yoxdur, onun tarixində və qeyri-rəsmi mədəniyyətdə izlər yoxdur. O, hökuməti geniş yayılmış, korporativ və texnokrat, məhkəmə sistemini isə çevik və drakonik hesab etdi. Sinqapurluları dadsız istehlak cəmiyyəti olaraq xarakterizə etdi. Müşahidələrinə dram əlavə etmək üçün, onları məhkəmə iclaslarında yerli xəbərlərlə izah etdi və məqalənin əvvəlində və sonunda Cənub-Şərqi Asiyadakı müxtəlif hava limanlarının fərqli təsvirlərini təqdim etdi.